Yanaşmamız

Şirkətimiz fiziki və hüquqi şəxslər üçün Bakı şəhərində və Azərbaycan Respublikası ərazisində yükdaşıma xidmətləri göstərir. Müştəri tələbatının ödənilməsi, göstərilən xidmətlər kompleksinin genişləndirilməsi əsas iş prinsipimizdir. Avtomobillərin şəhər daxilində bir neçə dayanacaq nöqtəsi olduğundan onlar istənilən ünvana operativ şəkildə yaxınlaşa bilirlər. Avtomobillərin maksimum çatma müddəti 1 saatdır. Bütün avtomobillərimiz müasir naviqasiya və GPS monitorinq vasitələri ilə təchiz edildiyindən yüklərin daşınmasının bütün mərhələlərinə nəzarət edə bilirik. Ən əsası, şirkətimizin əməkdaşları daima öz peşəkarlıq səviyyələrini artırırlar, bu da bizə yükdaşıma sahəsində daha kompleks həllər təklif etməyə imkan verir. Şirkətimizin ştatında müxtəlif peşəkarlıq səviyyəsinə malik işçi heyəti çalışır – bunlar həm anbar fəhlələri, həm də qabaritli avadanlıqların (vitrin soyuducusu, ticarət, satış avadanlığları, bankomatlar və s.) çatdırılması və yerdəyişməsi üzrə bacarıqlı əməkdaşlarımızdır.